Avropa Liqası: III təsnifat mərhələsinin son iştirakçısı bilindi

UEFA Avropa Liqasında III təsnifat mərhələsinə sonuncu vəsiqənin sahibi müəyyənləşib. 

Sportline.az xəbər verir ki, ötən gündən təxirə salınmış Latviyanın "Riqa" və San-Marinonun "Tre Fiori" komandaları arasındakı oyun riqalıların qələbəsi ilə yekunlaşıb.

57-ci dəqiqədə Pedrinyonun vurduğu qol məsələyə aydınlıq gətirib.

Latviya təmsilçisi III təsnifat mərhələsində “Seltik”lə görüşəcək.

Qeyd edək ki, “Riqa” - “Tre Fiori” matçı güclü külək səbəbindən 8-ci dəqiqədə dayandırılmışdı.