Avropa Liqası: "İnter" yarımfinalda

Avropa Liqasının ¼ finalında “İnter” “Bayer”lə qarşılaşıb.

Sportline.az xəbər verir ki,oyun Düsseldorfda neytral meydanda keçirilib.

Görüşdə bütün qollar ilk hissəyə təsadüf edib. Hesabı İtaliya komandası açıb. 15-ci dəqiqədə Nikolo Barella fərqlənib. Leverkuzen futbolçuları çox keçmədən qapılarında daha bir top görüblər. Bu dəfə Romelu Lukaku hədəfdən yayınmayıb. Almaniyalıların gücü isə yalnız 1 qola çatıb. 24-cü dəqiqədə Kay Haverts mübarizəyə nöqtə qoyub.

2:1 hesabı ilə qalib gələn “İnter” yarımfinala yüksəlib.