Avropa Liqası: "Mançester Yunayted" finala yaxınlaşdı

Avropa Liqasının ¼ finalında “Mançester Yunayted” “Kopenhagen”lə qarşılaşıb.

Sportline.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən görüşün ilk hissəsində İngiltərə komandası qola yaxın olub. Meyson Qrinvud topu qapıdan keçirsə də, oyundankənar vəziyyət qeydə alınıb.

İkinci hissədə də hücumlarını davam etdirən Mançester təmsilçisi çox çalışsa da, fərqlənə bilməyib. Əlavə vaxtda ingilislər daha dəqiq olublar. 94-cü dəqiqədə Brunu Fernandeş penaltidən fərqlənib.

Minimal hesabla qalib gələn “Mançester Yunayted” yarımfinaldadır.