Avropa Liqası: "Neftçi"nin rəqibi müəyyənləşdi
"Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, səpələnməmişlər səbətində yer alan Azərbaycan təmsilçisi püşkatma nəticəsində səpələnmişlər səbətindəki “Qalatasaray”la (Türkiyə) qarşılaşacaq.
Görüş sentyabrın 17-də Bakıda keçiriləcək.
Xatırladaq ki, paytaxt təmsilçisi 1-ci təsnifat mərhələsində “Şkupi”yə (Şimali Makedoniya) 2:1 hesabı ilə qalib gəlib.