Avropa Liqası: "Sevilya" "Roma"nı belə keçdi

Avropa Liqasında 1/8 final yekunlaşmaq üzrədir.

Sportline.az xəbər verir ki, neytral meydanda - Almaniyanın Duisburq şəhərində keçirilən “Sevilya” – “Roma” matçında 2 qol vurulub.

Oyuna daha yaxşı başlayan İspaniya təmsilçisi 22-ci dəqiqədə hesabı açıb. Serxio Reqilon fərqlənib. Fasiləyədək “Sevilya” futbolçuları yenidən rəqib qapısına yol tapıblar. Yusif Ən Nəsri 2-ci və sonuncu qolun müəllifi olub.

2 cavabsız qola qalib gələn “Sevilya” mərhələ adlayıb.