Avropa Liqası: "Sevilya" yarımfinala belə yüksəldi

UEFA Avropa Liqasının ¼ finalında “Vulverhempton”la “Sevilya” qarşılaşıb.

Sportline.az xəbər verir ki, Almaniyanın Duisburq şəhərində - neytral meydanda keçirilən görüşə İspaniya təmsilçisi daha yaxşı başlasa da, rəqib komanda hesabı açmağa yaxın olub. 13-cü dəqiqədə Raul Ximenez penaltini dəqiq yerinə yetirə bilməyib.

Fasiləyədək qol vurulmayıb. 2-ci yarıda hücumlarını daha da gücləndirən “Sevilya” matçın sonlarında fərqlənib. 88-ci dəqiqədə Lukas Okampos bir dəqiq zərbə ilə mərhələnin taleyini həll edib.

Minimal hesabla qalib gələn “Sevilya” yarımfinaldadır.