Avropa Liqası: "Şaxtyor" inamlı qələbə ilə yarımfinalda

UEFA Avropa Liqasının ¼ finalında “Bazel”lə qarşılaşan “Şaxtyor” ilk hissədə 2 dəfə fərqlənib.

Sportline.az xəbər verir ki, hesabı Junior Moraes açıb. 22-ci dəqiqədə isə Tayson rəqib qapısına yol tapıb. 75-ci dəqiqədə fərq daha da artıb. Alan Patrik penaltini dəqiq yerinə yetirib.

Matçın sonlarında daha 2 qol vurulub. Ukrayna təmsilçisindən Dodo, İsveçrə komandasından isə Riki van Volfsvinkel hərəyə bir dəfə fərqlənib. 4:1 hesabı ilə qalib gələn “Şaxtyor” mərhələ adlayıb.