Avropa Liqası: "Vulverhempton" mərhələ adladı

Avropa Liqasında 1/8 final yekunlaşdı.

Sportline.az xəbər verir ki, “Vulverhempton”la “Olimpiakos” üz-üzə gəlib.

İlk oyunda komandalar hərəyə 1 qol vurmuşdular. İngiltərədə keçirilən qarşılaşmanın ilk hissəsində hesab açılıb. 9-cu dəqiqədə Raul Ximenez penaltini dəqiq yerinə yetirib. Qalan vaxtda qonaqlar çox çalışsalar da, heç nə ilə yadda qala bilməyiblər. Minimal hesabla qələbə qazanan “Vulverhempton” növbəti mərhələyə yüksəlib.