Avropa Liqası: "İnter" və "Mançester Yunayted" mərhələ adladı

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Mançester Yunayted"  Kölndə "Kopenhagen"lə qarşılaşıb. 90 dəqiqə ərzində qapılara qol vurulamıb. Yeni qaydalara əsasən bu mərhələ bir oyundan ibarət olduğundan qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. 94-cü dəqiqədə Bruno Fernandeş penaltini dəqiqə yerinə yetirərək "Mançester Yunayted"ə qələbə qazandlrlb.

Milan "İnter"i isə Düseldorfda "Bayer"lə (Leverkuzen) qarşılaşıb və 2:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.
 

10 avqust

23:00. "Mançester Yunayted" - "Kopenhagen" - 1:0
Qol:
 Bruno Fernandeş, 94-pen. 

23:00 "İnter" - "Bayer" (Leverkuzen) - 2:1
Qollar:
 Barella, 15 (1:0), Lukaku, 21 (2:0), Haverts, 24 (2:1)

11 avqust

23:00. "Şaxtyor" (Donetsk) - "Bazel"

23:00. "Vulverhempton" - "Sevilya"