Avropa Liqasında antirekord

Avstriyanın “Rapid” (Vyana) klubu Avropa Liqası tarixində aktirekorda imza atıb.
 
Sportline.az xəbər verir ki, Vyana təmsilçisi turnirdə ən çox məğlub olan komanda olub.
 
"Rapid" son olaraq qrup mərhələsinin 5-ci turunda İngiltərədə "Arsenal"a 1:4 hesabı ilə uduzub. Bu komandanın turnirdəki 27-ci məğlubiyyəti olub.
 
Daha əvvəl Norveçin "Rusenborq" klubu 26 dəfə məğlub olub.