AL: "Sevilya" və "Şaxtyor" yarımfinalda

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 matç keçiriləcək. Almaniyanın Duysburq şəhərində  "Vulverhempton" "Sevilya" ilə, Gelzenkirxendə  isə "Şaxtyor" (Donetsk) "Bazel"lə qarşılaşacaq. Bu cütlərin qalibləri avqustun 16-da yarımfinalda üz-üzə gələcəklər.

Qeyd edək ki, dünən "İnter" və "Mançester Yunayted" yarımfinala yüksəlib.

11 avqust

23:00. "Vulverhempton" - "Sevilya" 0:1
Qol: Lukas Okampus, 88

23:00. "Şaxtyor" - "Bazel" 4:1
Qollar: Junior Moraes, 2 (1:0), Tayson, 22 (2:0), Alan Patrik, 74 (3:0), Dodo, 88 (4:0), Riki van Volfsvinkel, 90+2 (4:1)



10 avqust

23:00. "Mançester Yunayted" - "Kopenhagen" - 1:0

23:00 "İnter" - "Bayer" (Leverkuzen) - 2:1