Avropa nəhəngləri 19 yaşlı futbolçu ilə maraqlanır
"Ayaks"ın 19 yaşlı futbolçusu Jorrel Hato Avropanın nəhəng klublarının transfer radarına düşüb.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Real Madrid", "Arsenal", "Çelsi" və "Liverpul" Jorrel Hatonu transfer etmək istəyən klubların siyahısında yer alır.
19 yaşlı müdafiəçinin transfer qiyməti 30 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Jorrel Hato bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 47 matçda 3 qol 6 asistlə yadda qalıb.