Avropa nəhəngləri 21 yaşlı futbolçunu istəyir

"Nyukasl"ın sol cinah müdafiəçisi Luyis Holl yayda komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, "Mançester Siti", "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Leipziq", "Borussiya Dortmund" və "Barselona" sözügedən oyunçunu heyətinə qatmaq istəyən klubların siyahısında yer alır.

Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

Qeyd edək ki, Luyis Hollun transfer qiyməti 40 milyon avrodur.