Avropa nəhəngləri "Marsel"in futbolçusunu istəyir
"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel"in futbolçusu Bubakar Kamaranı transfer etmək istəyən klublar sırasına daha üçü həvalə olunub.
Sportline.az "Defensa Central"a istinadən xəbər verir ki, "Real", "Barselona" və "Mançester Yunayted" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Sözügedən klubların yayda Kamaranı almağa çalışacaqları bildirilir.
Daha əvvəl fransalı oyunçu ilə "Çelsi"nin maraqlandığı xəbərləri yayılıb.