Avropa nəhənglərinin bir nömrəli hədəfi odur

Yayda "Kristal Pelas"dan azad agent kimi ayrılacaq Mark Gehi üçün Avropa nəhənglərindən təkliflər var.

Sportline.az "BBC Sport"a istinadən xəbər verir ki, "Real Madrid", "Bavariya", "İnter", "Barselona" və "Atletiko Madrid" 25 yaşlı stopperi heyətə qatmaq istəyir.

İngiltərə millisinin üzvü London klubu ilə yeni sözləşmə imzalamaq niyyətində deyil.

Qeyd edək ki, M.Gehi bu mövsüm meydana çıxdığı 29 matçda 3 qol, 4 asistlə yadda qalıb.