Avropa Oyunları: Azərbaycan kikboksçusu finala yüksəlib

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 63.5 kq-da mübarizə aparan idmançı finala gedən yolda norveçli Milton Ameriko Barrios Qalaretta ilə qarşılaşıb.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov həlledici döyüşə vəsiqə qazanıb.

Qeyd edək ki, final qarşılaşması iyulun 2-də olacaq.