Avropanın top liqaları FİFA-nı məhkəməyə verməyi planlaşdırır

Avropanın aparıcı futbol liqaları FİFA-nı məhkəməyə verməyi planlaşdırır.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Avropa Liqalarının Federasiyaları oyun təqvimlərindən narazıdır.

Məhkəməyə müraciət etmək niyyətində olan liqaların adları açıqlanmayıb.

Daha əvvəl Madrid "Real"ının qapıçısı Tibo Kurtua FİFA-nı futbolçuların çoxlu sayda oyun keçirməli olduğu üçün tənqid etmişdi.

Belçikalı qolkiper qurumun idmançılara əhəmiyyət vermədiyini bildirmişdi.