Avropanın ən yaxşısı müəyyənləşdi
Avropada ilin ən yaxşı idmançısı müəyyənləşib. SportLine.az xəbər verir ki, keçirilən sorğuda Portuqaliya millisi ilə Avropa, Madrid "Real"ı ilə Çempionlar Liqasının qalibi olan Kriştiano Ronaldo hamını qabaqlayıb. O, qitənin nüfuzlu informasiya agentlikləri arasında keçirilən səsvermədə 204 xalla qalib gəlib.
İkinci pillədə böyük britaniyalı tennisi Endi Mürrey qərarlaşıb. Avropanın 3-cü ən yaxşı idmançısı isə macarıstanlı üzgüçü Katinka Hoşu seçilib.