Avropanın ən yaxşı liqası hansıdır?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropanın ən yaxşı liqasını açıqlayıb.

Sportline.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə Premyer Liqası "köhnə qitə"də bütün çempionatları qabaqlayıb.

İkinci pillədə İtaliya A Seriyası qərarlaşıb. İspaniya La Liqası isə üçüncüdür.