"Ay-ulduzlular"ın yeni formaları
Türkiyə millisinin yeni formaları ictimaiyyətə təqdim olunub.
Sportline.az xəbər verir ki, komanda evdə qırmızı, səfərdə isə ağ forma ilə çıxış edəcək.
“Ay-ulduzlular” yeni formalarından ilk dəfə sentyabrın 3-də Millətlər Liqasında Macarıstanla ev oyununda istifadə edəcək. Komanda iyulun 6-da isə Serbiyanın qonağı olacaq.

