"Ayaks"dan Səudiyyə Ərəbistanına
"Ayaks"ın futbolçusu Stiven Berqveyn Səudiyyə Ərəbistanı çempionatında çıxış edəcək.
Sportline.az xəbər verir ki, cinah hücumçusu "Əl-İttihad"ın uğurları üçün çalışacaq.
Niderland klubunun rəsmi səhifəsində yayılan xəbərə görə, transfer 21 milyon avroya başa gəlib.
Son mövsümdə "Ayaks"ın heyətində 31 oyuna çıxan Berqveyn 13 qol və 5 asistlə yadda qalıb.
Qeyd edək ki, təcrübəli futbolçu Niderland millisinin də üzvüdür. O, milli komandada 22 oyuna 6 qola imza atıb.