"Ayaks"dan "Vest-Hem"ə

Meksika millisi və "Ayaks"ın yarımmüdafiəçisi Edson Alvares karyerasını İngiltərədə davam etdirəcək.

Sportline.az məşhur insayder Fabrisio Romanoya istinadla xəbər verir ki, o, "Vest-Hem"in formasını geyinəcək.

London klubunun bu transfer üçün 31 milyon avro ödəyəcəyi bildirilir.

Alvares avqustun 8-də tibbi müayinədən keçəcək.

Qeyd edək ki, 25 yaşlı dayaq yarımmüdafiəçisi 2019-cu ildən "Ayaks"da oynayırdı.