"Ayaks"ın 58 il sonrakı ən ağır məğlubiyyəti
Çempionlar Liqasının 3-cü turunda "Ayaks" "Napoli"yə 1:6 hesabı ilə uduzub.
Sportline.az "Opta" statistika səhifəsinə istinadən xəbər verir ki, bu, Amsterdam təmsilçisinin son 58 ildə ən böyükhesablı məğlubiyyətidir. Onlar son dəfə 5 top fərqi ilə 1964-cü ildə uduzub. Bu, Niderland çempionatında "Rotterdam"la matçda (4:9) baş verib.
Beləliklə, Çempionlar Liqasının dünənki görüşündə amsterdamlılar klubun antirekordunu təkrarlayıb.
Qeyd edək ki, A qrupunda yarışan "Ayaks" hazırda 3 xalla 3-cü yeri tutur. Onlar növbəti matçını oktyabrın 12-də yenə də lider "Napoli"yə qarşı keçirəcəklər (bu dəfə səfərdə).