Ayaz Quliyev "Spartak"da ilk qolunu vurdu

Rusiya Premyer Liqasında 24-cü tura yekun vurulub.

Sportline.az xəbər verir ki, "Yenisey"i qəbul edən "Spartak" doğma meydanda 2:0 hesablı qələbəyə sevinib. Moskva təmsilçisinin heyətində əvvəldən sonadək mübarizə aparan Ayaz Quliyev 83-cü dəqiqədə fərqlənib. Bu, azərbaycanlı futbolçunun "Spartak"ın əsas heyətində vurduğu ilk qolu olub.

Qeyd edək ki, "Spartak" 39 xalla 5-ci pillədə qərarlaşıb. Autsayder "Yenisey"in aktivində isə 13 xal var.

"Spartak" 2:0 "Yenisey"
Qollar:
Nikolay Rasskazov, 45+1 (1:0), Ayaz Quliyev, 83 (2:0).