Ayaz Quliyevdən karyerası ilə bağlı açıqlama
Rusiyanın “Arsenal” klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyev karyerası ilə bağlı fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında heç vaxt karyerasını bitirmək fikrində olmadığını deyib:
“Əlbəttə ki, karyeramı bitirmək fikri heç vaxt olmayıb. Mən karyeramla bağlı heç təşvişə də düşməmişəm. Əmin idim ki, hər şey düzələcək və futbola qayıdacam. Oynamaqla, meydana çıxmaqla formaya düşmək çox asandır və heç bir məşq bunu əvəz edə bilməz. Əsas odur ki, uzun bir fasilədən sonra bədəni çox yükləməmək üçün vaxtı düzgün hesablayın”.
Qeyd edək ki, Ayaz Quliyev 2021-ci ildən “Arsenal”da çıxış edir.