Ayhan Akmanın oğlu Danimarkaya transfer olunur

"Qalatasaray"la müqaviləsi başa çatan Hamza Akman karyerasını Danimarkada davam etdirməyə yaxındır.

Sportline.az Milliyet qazetinə istinadla xəbər verir ki, gənc futbolçu atası Ayhan Akman ilə birgə "Sönderyuske" klubu ilə müqavilə imzalamaq üçün ötən gün Danimarkaya gəlib.Hamza Akman tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə 3 illik müqavilə imzalayacaq.

19 yaşlı futbolçu Skandinaviya təmsilçisində ilinə 4 milyon TL qazanacaq.

Qeyd edək ki, Danimarkaya transfer olunun ilk türkiyə futbolçu ünvanına sahib çıxan Hamza 28 nömrəli forma ilə çıxış edəcək.