Ayın ən yaxşı baş məşqçisi bilindi

Erik Ten Haq İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi seçilib.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted"in çalışdırıcısı bu ay ərzində komandanı qeyri-sabiq çıxış zolağından çıxarmağı bacarıb.

Komanda onun rəhbərliyi ilə noyabrda "Fulhem" və "Luton"u 1-0, "Everton"u isə 3-0 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, bu mükafata digər namizədlər Eddi Hau ("Nyukasl"), Andoni İraola ("Bornmut") və Rob Edvards ("Luton") idi.