Ayın ən yaxşı futbolçusu seçildi

"Liverpul"un forvardı Məhəmməd Salah İPL-də oktyabrın ən yaxşı futbolçusu seçilib.

Sportline.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytında məlumat yayılıb.

Oktyabrda keçirilən 3 oyunda rəqib qapılarında 5 qol vuran misirli hücumçu komandasının topladığı 7 xalda əsas pay sahiblərindəndir.

Qeyd edək ki, Məhəmməd Salah karyerasında beşinci dəfə Premyer Liqanın anoloji sorğusunun qalibi olub.