Ayın ən yaxşı məşqçisi açıqlandı

"Tottenhem"in çalışdırıcısı Angelos Postekoğlu sentyabr ayında İngiltərə Premyer Liqasının ən yaxşı baş məşqçisi seçilib.

Sportline.az xəbər verir ki, bu, avstraliyalı mütəxəssisin cari mövsümdə ikinci anoloji uğurudur.

"Tottenhem" sentyabr ayında onun rəhbərliyi ilə 4 oyundan 10 xal toplayıb.

London təmsilçisi 8 turdan sonra 20 xalla yarış cədvəlinin lideridir.