Ayın ən yaxşısı adına namizədlər açıqlandı

Ingiltərə Premyer Liqasında ayın oyunçusu adına namizədlər açıqlanıb

Sportline.az “Sport24.ru”ya istinadla xəbər verir ki, İngiltərə Premyer Liqasının mətbuat xidməti “fevral ayının ən yaxşı oyunçusu” mükafatı uğrunda 3 futbolçunun mübarizə aparacağını bildirib.

Bunlar “Mançester Siti”dən Foden, “Arsenal”dan Saka, “Mançester Yunayted”dən isə Rasmus Hoylunddur.

Qeyd edək ki, yanvar ayında bu mükafata “Liverpul”dan Dieqo Jota layiq görülmüşdü.