Ayın futbolçusu

İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az xəbər verir ki, “Everton”un hücumçusu Dominik Kalvert-Levin bu ada layiq görülüb. O, ötən ay 3 matçda 5 qol vurub.

İngilis futbolçu Patrik Bemford (“Lids”), Hames Rodriges (“Everton”), Timoti Kastan, Ceymi Vardi (“Lester”), Harri Keyn (“Tottenhem”), Tarik Lampti (“Brayton”) və Sadio Maneni (“Liverpul”) qabaqlayaraq birinci olub.