"Qarabağ"ın rəqibi heyəti gücləndirdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki növbəti rəqibi “Ayntraxt” “Nottingem Forest”in 23 yaşlı forvardı Arnaud Kalimuendonu mövsümün sonuna qədər icarəyə götürüb.

Sportline.az xəbər verir ki, Almaniya klubu bu keçid üçün qarşı tərəfə 1.3 milyon avro ödəyəcək.

Bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.

Qeyd edək ki, A.Kalimuendo bu mövsüm çıxış etdiyi 14 matçda rəqib qapılarından 2 top keçirib.