"Ayntraxt"ın sükanı arxasına ispaniyalı mütəxəsis keçə bilər

İspaniya vitse-çempionu "Real"ın keçmiş baş məşqçisi Xabi Alonso karyerasını Almaniyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, baş məşqçi Dino Toppmölleri istefaya göndərən "Ayntraxt Frankfurt" 44 yaşlı ispan məşqçi ilə maraqlanır. 

"Ayntraxt Frankfurt"un idman direktoru Markus Kreşe yanvarın 12-də "Real"dan ayrılan Alonso ilə danışıqlar aparmaq niyyətindədir.