Ayxan Abbasov media qarşısına çıxacaq

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da, Parisin “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan oyunu öncəsi mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.

Sportline.az xəbər verir ki, oktyabrın 9-da əvvəlcə Didye Deşam, ardınca isə Ayxan Abbasov media qarşısına çıxacaq.

9 oktyabr

Fransa milli komandası
14:15. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
21:30. Mətbuat konfransı
22:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd edək ki, tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.