Ayxan Abbasov: "Turan Tovuz"un yarımfinala çıxması böyük uğurdur"

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/4 finalında "Kəpəz"lə oyun barədə fikirlərini bildirib.

Sportline.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçə (ilk oyun - 2:1) ilə mərhələ keçmələrindən sonra bunları deyib.

"Düşünürəm ki, hər iki komandanın azarkeşləri oyundan zövq aldı. Kubok matçları belə olur. Səfərdə qalib gəldiyimiz üçün üstünlüyümüz var idi. Erkən qol vurmaq iatəyirdik. İki dəfə fərqləndik. Bir az taktiki, fərdi səhvlər etdik ki, rəqib bunlardan yararlandı. İkinci hissə nəticə üçün önməli idi. Təbrik edirəm. "Turan Tovuz"un yarımfianla çıxması böyük uğurdur. Püşk də yaxşı idi. "Şamaxı"nı səfərdə keçmişik. Onlar isə ikinci dövrədə "Qarabağ"dan başqa heç bir rəqibə uduzmayıb. Eyni gücdə komandalar idi. Azarkeşlərimizə təşəkkür edirəm. Çempionatda son oyunu oyunayıb ikinci yarını fikirləşəcəyik". 

Baş məşqçi son dəqiqələrdə yaranan gərginliklə bağlı bunları deyib:

"Rəqibin futbolçusu qapıçımız Tərlan Əhmədliyə nəsə demişdi. Gərək daha soyuqqanlı olardı. Belə gözəl oyunun xoşagəlməz hadisə ilə yekunlaşmasını istəmirdik. Həmin dəqiqələrdə adrenalin yüksək səviyyədə olur. Böyük bir hadisə olmadı. Bu şeylər də futbolun bir gözəlliyidir".

Banner