Azarkeşlər Acunu klubda görmək istəmirlər

"Hal Siti" azarkeşləri artıq Acun İlıcalını klubun başında görmək istəmirlər.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, türkiyəli iş adamı Acun İlıcalı 3 il əvvəl futbola böyük sərmayə qoyaraq İngiltərə Çempionşipdə mübarizə aparan "Hal Siti"ni satın almışdı. Həmin vaxt özünə və komandasına güvənən funksioner azarkeşlərə vədlər vermişdi. Hətta xəyalının türk və ingilis xalqını birləşdirmək olduğunu vurğulamışdı.

Ancaq görünən odur ki, heç nə qaydasında getmir. Klub 21 oyuna qazandığı 16 xalla sonuncu yerdədir və buna görə də azarkeşlər Acuna sərt reaksiya göstərirlər. 

Bir "Hal Siti" azarkeşinin Acuna reaksiyasını təqdim edirik:

"Sən klubu alanda klub 19-cu idi, borcu yox idi, əlində yaxşı oyunçular var idi. İndi klubun borcu var, yaxşı oyunçuları satdın və biz sonuncuyuq. Bunlar hamısı sənə görədir. Ona görə də Acun rədd ol".