Azarkeşlər “Fənərbağça”nın avtobusunu daşa basdılar

Türkiyə superliqasının 31-ci turunda “Qalatasaray”a məğlubiyyətdən (0:3) sonra “Fənərbaxça” azarkeşləri komandanın avtobusunu daşa basıblar.

Sportline.az xəbər verir ki, hadisə komanda bazaya qayıdanda baş verib. Həmçinin onlar klub rəhbərliyinin istefasını tələb ediblər.

Bu məğlubiyyət çempionluq yarışında “Fəbərbaxça”ya ciddi zərbə olub, onlarla “Qalatasaray” arasında 7 xallıq fərq yaranıb. Hazırda 1-ci yerdə olan “Qalatasaray”ın 74, 2-ci pillədəki “Fənərbaxça”nın isə 67 xalı var.