Azarkeşlər meydana girdilər, referinin avtomobili yandırıldı

Bosniya və Herseqovina Premyer Liqasında X turun "Veleş" - "Borats" oyununda insident yaşanıb.

Sportline.az xəbər verir ki, 82-ci dəqiqədə - qonaqların vurduğu 2-ci qoldan sonra meydana girən yerli azarkeşlər matçın baş hakiminə hücum ediblər. "Veleş"in məğlubiyyətində referini günahlandıran azarkeşlər çətinliklə sakitləşdiriliblər. Görüş "Borats"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İnsident final fitindən sonra da davam edib və fanatlar baş hakimin tunelin qarşısında dayanmış avtomobilini tamamilə yandırıblar.