Azarkeşlər stadiona buraxıldı
İngiltərə Federasiya kubokunun yarımfinalında “Lester” – “Sauthempton” matçına (1:0) 4 min nəfər azarkeş buraxılıb.
Sportline.az xəbər verir ki, stadionun girişində hər bir şəxsdən koronavirus tesinin nəticəsinin göstərilməsi tələb edilib. Test nümunələrinin cavabları neqativ olmayan azarkeşlərin içəriyə daxil olmasına icazə verilməyib. Həmçinin hər bir şəxsə maska taxmaq, social məsafə saxlamaq və s. barədə təlimatlar verilib.
Qeyd edək ki, İngiltərədə yanvarın 5-dən sonra stadiona azarkeşlər buraxılmayıb. Lakin mayın 17-dən sonra 10 min tərəfdarın iştirakına icazə verilməsi planlaşdırılır.