Azarkeşlər stadionlara buraxıla bilər

İspaniya La Liqasında tamaşaçılar stadionlara buraxılması variantı nəzərdən keçirilir.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun prezidenti Xavyer Tebas danışıb. O azarkeşlərin tribunalara qayıdışı mövsümün sonunadək mümkün ola biləcəyini deyib. Rəhbər bunun aprelin ortaları və ya mayın əvvəlində gerçəkləşməsinin gözlənildiyini vurğulayıb.

Qeyd edək ki, İspaniya çempionatının oyunları koronavirus pandemiyasının geniş yayılması səbəbindən  tamaşaçısız keçirilir.