"Azarkeşlərimizdən sərgilədiyimiz oyuna görə üzr istəyirəm"

"Azarkeşlərimizdən sərgilədiyimiz oyuna görə üzr istəyirəm".

Sportline.az xəbər verir ki, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç "Quba"ya qarşı Azərbaycan Basketbol Liqasının XVIII turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Gürcüstanlı mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını bildirib:

"Qalib gəlmək üçün çalışdıq amma 4-cü periodda (8:22) çox zəif oyun nümayiş etdirdik. Bu da məğlubiyyətin əsas səbəbi oldu. Oyunda vacib xallar qazanan və əla hücumlar edən Zaur Paşayevlə bacarmadıq. Ötən matçda olduğu kimi yenə də çoxlu top itkiləri yaşadıq ki, bu da əks hücumlarla yadda qaldı. Azarkeşlərimizdən sərgilədiyimiz oyuna görə üzr istəyirəm".

Qeyd edək ki, "Lənkəran" - "Quba" qarşılaşması ikincilərin 95:86 hesablı qələbəsi ilə yekunlaşıb.