Azər Əliyev "Neftçi" rəsmilərinə hirslənib
"Neftçi" ilə 3,5 illik müqavilə imzalayan Azər Əliyev hələlik legioner stasusu daşıyır.
Azərbaycanlı futbolçu statusunda oynaya bilməsi üçün “Ufa”nın sabiq futbolçusunun millidə çıxış etmək səlahiyyəti olmalıdır.
Bakı klubu yarımmüdafiəçinin yığmada forma geyinməsinə tərəfdardır. Elə AFFA da.
Hər halda federasiya uzun illərdir çalışırdı ki, onu razı salsın. “Ağ-qaralar” 28 yaşlı futbolçu ilə anlaşmaqla, AFFA-nın işini bu mənada asanlaşdırıb.
Indi qalır Əliyevin vətəndaşlığını dəyişməklə bağlı AFFA-ya rəsmi müraciət etməsi. “Neftçi” rəsmilərinin ilk belə cəhdi xoşagəlməz sonluqla bitib.
Belə ki, idarəçılər məşqdən sonra onu birbaşa avtomobilə əyləşdirərək, federasiyanın yerləşdiyi binaya gətiribləb. Bu zaman hara gəldiklərini öyrənən Azər tərli halda binaya daxil olmaqdan imtina edib.
“Mən məəşqdən indi çıxmışam, heç hamama girməyə də qoymadız. Bu vəziyyətdə içəri keçə bilmərəm. Nə qaçhaqaçdır? Tez olun, geri qayıdaq” deyib.
Əliyevin israrını görən klub nümayəndələri onun tələbini yerinə yetirib.
sportinfo.az