Azərbaycan Hollandiya və Ukrayna ilə yeni qrupda
Bu gün qadınlar arasında voleybol üzrə Dünya çempionatının təsnifat mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, 2018-ci ildə Yaponiyada keçiriləcək Mundialda iştirak haqqı qazanmaq üçün komandamız "E" qrupundakı mübarizədə uğur qazanmalıdır. Bunun üçün voleybolçularımız Hollandiya, Ukrayna, İsrail, Danimarka və Norveç seçmələri görüşdə azarkeşləri sevindirməlidirlər.
A qrupu: Xorvatiya (ev sahibi), Rusiya, Macarıstan, Yunanıstan, Avstriya, Gürcüstan
B qrupu: Polşa (ev sahibi), Serbiya, Çexiya, Slovakiya, Kipr, İslandiya
C qrupu: Bolqarıstan (ev sahibi), Türkiyə, Rumıniya, İsveçrə, Monteneqro, Kosovo
D qrupu: Belçika (ev sahibi), İtaliya, Belarus, İspaniya, Latviya, Bosniya və Hersoqovina
E qrupu: Azərbaycan (ev sahibi), Hollandiya, Ukrayna, İsrail, Danimarka, Norveç
F qrupu: Portuqaliya (ev sahibi), Almaniya, Fransa, Finlandiya, Sloveniya, Estoniya
Qeyd edək ki, "E" qrupunun bütün görüşləri 30 may - 4 iyun 2017-ci il tarixləri arasında Azərbaycanda keçiriləcək.