Azərbaycan 185 ölkə arasında 1-cidir

Gürcüstanın Batumi şəhərində 43-cü Dünya Şahmat Olimpiadası davam edir. SportLine.az xəbər verir ki, artıq yarışda 5 tur arxada qalıb. 

Keçirdiyi bütün görüşlərdə qələbə qazanan Azərbaycan seçməsi hazırda 185 ölkə arasında zirvədə qərarlaşıb. 

İlk "10-luq"

YER ÖLKƏ OYUN XAL
1. Azərbaycan 5 10
2.  Polşa 5 10
3. Çexiya 5 10
4.  Ukrayna 5 10
5. İsrail 5 9
6. Almaniya 5 9
7. ABŞ 5 9
8. Hollandiya 5 8
9. Bosniya və Herseqovina 5 8
10. Hindistan 5 8

Qadın şahmatçılardan ibarət komandamız isə 5 oyundan 4 qələbə ilə 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, sabah təşkil olunacaq 6-cı turda kişilərdən ibarət komandamız Çexiya, qadın şahmatçılarımız isə Latviya ilə üz-üzə gələcək.