Azərbaycan Basketbol Liqası: Müntəzəm mövsümdə sonuncu tura start verilib
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - XX turu start götürüb.
Sportline.az xəbər verir ki, bu gün bir oyun keçirilib.
"Şəki" səfərdə "Lənkəran"ın qonağı olub.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüşdə qonaqlar 107:78 hesablı qələbəyə seviniblər.
Yer aldığı B qrupunu 36 xalla ilk sırada başa vuran "Şəki" pley-offa yüksəlib. "Lənkəran" isə 23 xalla sonuncu olub.
Qeyd edək ki, tura aprelin 6-da yekun vurulacaq.