Azərbaycan Basketbol Liqası: "Şəki" B qrupunda vahid lider olub
"Şəki" Azərbaycan Basketbol Liqasının B qrupunda vahid lider olub.
Sportline.az xəbər verir ki, komanda bunu XIX turda gerçəkləşdirib.
Doğma meydanda "Gəncə"ni məğlub edən (91:87) şəkililər xallarının sayını 34-ə çatdırıb. Qonaqlar 33 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, hazırda NTD - "Sabah" oyunu davam edir. Tura saat 19:00-da start veriləcək "Sərhədçi" - "Neftçi" görüşü ilə yekun vurulacaq.
Əvvəlki matçlarda "Sumqayıt" "Quba"nı 112:103, "Ordu" "Lənkəran"ı 87:65, "Abşeron" "Naxçıvan"ı 60:58 hesabı ilə məğlub edib.