Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu turuna yekun vurulacaq

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turuna bu gün yekun vurulacaq.

Sportline.az, ilk olaraq "Sabah" "Naxçıvan"la münasibətlərinə aydınlıq gətirəcək.

Görüş Bakı İdman Sarayında, saat 12:30-da başlayacaq.

Günün sonuncu qarşılaşmasında isə "Gəncə "Sumqayıt"la üz-üzə gələcək. Matç saat 14:00-da, Gəncə İdman Sarayında baş tutacaq.

A qrupuna 34 xalla "Sabah" başçılıq edir. Onları 34 xalla "Naxçıvan" klubu izləyir.

B qrupunda isə "Gəncə" 33 xalla ikincidir. 27 xalı olan "Sumqayıt" dördüncü sırada yer alıb.

Qeyd edək ki, XX turun əvvəlki matçlarında "Şəki" "Lənkəran"ı 107:78, “Ordu” “Quba”nı 97:88, "Neftçi" "Abşeron"u 85:77, "Sərhədçi" isə NTD-ni 103:77 hesabı ilə məğlub edib.