Azərbaycan Basketbol Liqasında XIX tura start verilib

Azərbaycan Basketbol Liqasında XIX tura start verilib.

Sportline.az xəbər verir ki, günün yeganə matçında "Sumqayıt" "Ordu"nu qəbul edib.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan B qrupunun görüşündə meydan sahibləri 112:103 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, tura martın 19-da yekun vurulacaq.