Azərbaycan boksçusu Dünya kubokunu qazanıb

Azərbaycan boksçusu Dünya kubokunu qazanıb.

Sportline.az xəbər verir ki, Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb. Azərbaycan milli komandası yarışı 2 medalla başa vurub.

Seçmə komandamızın heyətində Zidan Hümbətov Dünya kubokuna yiyələnib. 51 kq-da mübarizə aparan boksçumuz finalda rusiyalı Arseniy Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edib və qızıl medala layiq görülüb.

Komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kq) isə finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. İdmançımız 2:3 (29:28, 30:27, 29:28, 28:29, 28:29) hesabı ilə məğlub olduğundan gümüş medala sahib olub.

Qeyd edək ki, yarışda 22 ölkədən 245 boksçu mübarizə aparıb.