Azərbaycan - Bosniya-Herseqovina görüşünün hakimləri müəyyənləşdi

Futzal üzrə AVRO-2018-in əsas seçmə mərhələsinin Bakıda keçiriləcək qrup oyunlarına ilk turun təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, Azərbaycan və Bosniya-Herseqovina komandalarının görüşünü Finlandiya və Hollandiyadan olan hakimlər briqadası idarə edəcək.

B qrupu
I tur, 8 aprel

16:00. Macarıstan – Albaniya

Hakimlər: Borislav Kolev (Bolqarıstan), Kostas Nikolaou (Kipr)
Bakı İdman Sarayı

18:30. Azərbaycan – Bosniya və Herseqovina

Hakimlər: Timo Onatsu (Finlandiya), Lars van Leuven (Hollandiya)
Bakı İdman Sarayı